Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


20.03.2021  16:38 

Sürücü taksidə qalan 44 min manatı götürüb yoxa çıxdı





A+  A-

Bakıda şirkət əməkdaşı internet üzərindən sifariş etdiyi taksidə 44 min manat pulunu yaddan çıxarıb.
XəzərNews.az xəbər verir ki, Elxan İsrafilov üzərində külli miqdarda pulla banklardan birinə gedirmiş. O, sifariş etdiyi “Toyota” markalı taksi ilə ünvana gedib və Nəsimi rayonu ərazisində taksidən düşüb.

Bu zaman 26 min dollar (44 min manat) pulu maşında unudub, sürücü isə ərazidən uzaqlaşıb.

E.İsrafilov polisə müraciət edib və araşdırma zamanı məlum olub ki, onun sifariş etdiyi taksinin sürücüsü Seymur İsmayılzadə ad-soyadlı şəxs olub.

Məlumata görə, həmin şəxs şirkətdən icarəyə götürdüyü avtomobili elə həmin gün təhvil verib və işdən çıxıb.

Hazırda Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

Xəbər 1507 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +