Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


22.02.2021  17:46 

Sevilin intiharı ilə bağlı cinayət işi başlanıldı





A+  A-

Bir neçə gün əvvəl Bakıda özünü 20-ci mərtəbədən ataraq intihar edən 20 yaşlı Sevil Atakişiyevanın ölümü ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, 2001-ci il təvəllüdlü Atakişiyeva Sevil Samir qızının fevralın 18-i, saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon prokurorluğunda CM 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, hadisə yerində keçinən Sevilin intiharından bir gün sonra isə onun sosial şəbəkədə yazışmaları üzə çıxıb. 2019-cu və ötən ildə olan yazışmalarda Sevil ailəsi tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Baş Prokurorluqdan yayılmış foto və məlumatlar üzrə də Xətai rayon prokurorluğunda hərtərəfli araşdırmaların aparılacağı bildirilib.

Qeyd edək ki, Sevil Atakişiyeva Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi olub.

Xəbər 2139 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +