Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


25.11.2018  18:03 

Bakıda döyülən direktordan nə xəbər? - Atası danışdı





A+  A-

“Əvvəlki günlərə baxanda Tural müəllimin vəziyyəti yaxşıdır. Ona görə də güman edirik ki, gələn həftənin ikinci günündən işə çıxa bilər”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında 175 nömrəli məktəbin aktyor Rza Rzayev tərəfindən döyülən direktoru Tural Mirzəliyevin atası Elmi Mirzəliyev deyib.

Direktorun atası bildirib ki, oğlunun vəziyyəti düzəlsə də, başgicəllənmə halları var.

“Başgicəllənmə və ürəkbulanması tam olaraq dayanmayıb. Kəllə-beyin travması aldığından otaq şəraitində ayaq üstə bir az gəzəndə başı fırlanır. Amma həkimlər də vəziyyətinin yaxşılığa doğru olduğunu söyləyir”.

Xatırladaq ki, aktyor Rza Rzayev noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aylardır qalmaqal yaşadığı Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyərək, ona bədən xəsarətləri yetirib. Məktəb direktoru Sabunçu rayon 3 saylı xəstəxanaya yerləşdirilib.

Xəbər 1631 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +