Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


20.11.2018  16:43 

Azərbaycanda müəllim və şagirdlər qidadan zəhərləndi





A+  A-

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər zəhərlənib.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində bu gün Şəki şəhərində olan aksiya iştirakçılarından - müəllim, Tovuz rayon sakini, 1964-cü il təvəllüdlü Sahibə Həsən qızı Əliyeva, şagirdlər - Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ələsgər Rac oğlu Əliyev, Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü Emil Vüqar oğlu Alşanov, Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ayxan Nizami qızı Süleymanlı, Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Tabutay Eldəniz oğlu Hüseynli, Ağdaş rayon sakini, 2003-cü il təvəllüdlü Şəlalə Şirin qızı Kərimova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Biri müəllim olmaqla beş şagirddə qida zəhərlənməsı baş verib. Onlara xəstəxanada lazımi tibbi yardımlar göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğundan nəzarətdə olmaq şərti ilə evə buraxılıblar.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, səhər saatlarında 5 şagird, bir müəllim olmaqla 6 nəfər zəhərlənmə diaqnozu ilə Şəki Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib: “Onların səhər yeməyindən zəhərləndikləri ehtimal olunur. Xəstəxanada mədələri yuyulub və səhhətləri normal qaydasında düşüb. Şagirlər Şəkidən sonra Qaxa yollanıblar. Onları Qax rayonuna kimi Təcili Tibbi Yardım maşını müşayiət edib”.

Xəbər 1463 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +