Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


27.10.2023  17:09 

Azərbaycanla Türkiyə arasında əlaqələr son illər güclənib -Ceyhun Bayramov





A+  A-

“Azərbaycanla Türkiyə arasında əlaqələr son illər güclənib. Bunun arxasında xalqlarımızın iradəsi və liderlərimizin qardaşlıq münasibətləri dayanır”.

Xəzərnews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasını ilk tanıyan ölkə Türkiyə olub: “Mustafa Kamal Atatürk deyirdi ki, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizmi kədərimizdir.

Ulu Öndər Heydər Əliyev “bir millət, iki dövlət” kəlamını söyləyib. Onlar əlaqələrimizin nə qədər dərin olduğunu qısa sözlərlə çox gözəl izah ediblər”.

C.Bayramovun sözlərinə görə, azərbaycanlı diplomatlar Türkiyənin, türkiyəli diplomatlar isə Azərbaycanın maraqlarını öz maraqları kimi qoruyurlar: “Buna misal olaraq deyə bilərik ki, Prezident İlham Əliyev 2014-cü ildə Praqada keçirilən iclasda demişdi ki, Türkiyə burda yoxdursa, mən varam. Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsi vaxtı “Azərbaycan bizim qırmızı xəttimizdir” kimi açıqlama vermişdi. Ərdoğanın bu mesajı lazımi yerlərə çatdı və onlar nə etmək lazım olduğunu başa düşərək prosesdən kənarda dayandılar.

Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin onun yanında olduğunu bilirdi və hiss edirdi. 44 günlük müharibə dövründə Türkiyə xalqı və dövlətinin ortaya qoyduğu mövqe çox vacib idi. Azərbaycana verilən siyasi və mənəvi dəstək bizim gücümüzə güc qatdı və bütün dünyaya açıq mesaj oldu”.

Xəbər 954 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +