Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı


20.12.2019  16:43 

Bakıda quş əti istehsal edən sex BAĞLANDI





A+  A-

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan XəzərNews.az-a verilən məlumata görə, qurumun əməkdaşları DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində fiziki şəxs Babayev Ceyhun Rafiq oğluna məxsus quş əti emalı müəssisəsinə reyd keçiriblər.

Reyd zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Reyd zamanı heyvan mənşəli məhsulların və xammalının tədarükü, saxlanması və satışının mövcud qanunvericiliyin tələblərinə əsasən həyata keçirilmədiyi məlum olub. Aşkarlanan faktlar əsasında qanuvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.


Xəbər 1556 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +