Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


06.02.2025  14:35 

Plastik cərrah və həyat yoldaşı sertifikasiyadan keçə biləcəkmi?





A+  A-

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv etdiyi barədə məlumat yayılıb. Artıq KİV-də həmin cərrahların adları da açıqlanıb.

XəzərNews.az xəbər verir ki, mövzuya toxunan Axar.az saytı xalq artisti Aygün Kazımovanın plastik cərrahı kimi tanınan məşhur plastik rekonstruktiv cərrah Dilqəm Məhərrəmovun da yeni sertifikat almayacağı barədə məlumatları şərh edib.

Məqalədə bildirilir ki,“Baku Medical Plaza” isə verdiyi açıqlamada Dilqəm Məhərrəmov haqda yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini və cərrahın işnin başında olduğunu bildirib. Bu isə sosial şəbəkədə müzakirələrə səbəb olub:

"Saytımıza daxil olan sənəddən görünür ki, Dilqəm Məhərrəmovun şəhadətnaməsinin vaxtı 2 martda başa çatır. Yəni Səhiyyə Nazirliyi ona 2020-ci il 2 martında 5 illik lisenziya verib.

Amma cərrah şəhadətnaməsinin yenilənməsi üçün Səhiyyə Nazirliyinin təşkil etdiyi kursda iştirak etməyib. Kursda iştirak etməmək və imtahana qatılmamaq isə o deməkdir ki, onun lisenziyasının müddəti uzadılmayacaq.



O ki qaldı D.Məhərrəmovun hazırda işinin başında olmasına, Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası lisenziyaların təqdim edilməsi üçün 31 yanvara qədər tarix təyin etmişdi.

Əgər Dilqəm Məhərrəmov sənədlərini təqdim edibsə, onda lisenziyasının təsdiqlənməsini gözləyəcək və mümkündür ki, məhz buna görə hazırda "işinin başındadır". Ancaq lisenziyası təsdiqlənsə belə, onun vaxtı 2 mart 2025-ci ildə başa çatır".

Materialda qeyd olunur ki, jurnalist Qənirə Ataşovanın media və sosial şəbəkələrdə saxta lisenziyalı və ümumiyyətlə lisenziyası olmayan həkim-cərrahlarla bağlı yaydığı məlumatların mənbəyinin Dilqəm Məhərrəmov olduğu haqda iddialar var.

Ajans.az saytı isə bildirib ki, plastik cərrahlar, o cümlədən Dilqəm Məhərrəmov iki ay öncə keçməli olduqları kurslara və imtahana buraxılmayıblar:

"Dilqəm Məhərrəmovun sertifikasiyasının müddəti isə martın 2-də bitir. Bu vəziyyətin bir qədər qeyri-müəyyənlik yaradıb. Maraqlıdır məşhur plastik cərrah və həyat yoldaşı növbəti dəfə sertifikasiyadan keçə biləcəkmi?



Xəbər 1986 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +