Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bakıda qəribə yerüstü keçid: Ya hotelə aparır, ya ölümə
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq
Bu küçə tamamilə piyadalar üçün olacaq
“Yango“ ilə yemək sifarişi baha başa gəldi
Azərbaycan kimdən təhlükə gözləyir?
Bu nəticələr adamı dəhşətə gətirir - Sabiq deputat
Kremldə əsl ağa kimdir: Putin yoxsa Lavrov?
Prezident Aparatında müharibə iştirakçıları çalışacaq


15.03.2021  13:22 

Məktəblərdə dezinfeksiya işləri hansı üsulla aparılır?





A+  A-

“Məktəbdə infeksion xəstəlik aşkar olunarsa, həmin ərazi ocaqlı dezinfeksiya olunur”.
XəzərNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Bakı Şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədov bildirib. O qeyd edib ki, dezinfeksiyaedici maddələr ocaqlı və profilaktik dezinfeksiya məqsədilə istifadə olunur. Ocaqlı dezinfeksiyada infeksion xəstəlik keçirmiş xəstənin olduğu yer dezinfeksiya edilir, profilaktik dezinfeksiyadan isə infeksion xəstəliyin yaranmasının qarşısını almaq üçün istifadə edilir. Bu məqsədlə virus və bakteriyaların daha çox yayılmasına səbəb olan yerlər- əhalinin sıx məskunlaşdığı ərazilər, məktəblər, müəssisələr dezinfeksiya olunur.

Baş həkimin sözlərinə görə, dezinfeksiyaedici maddələr mikroorqanizmləri, yəni xəstəlikləri, virus və bakteriyaları qısa müddətdə məhvetmə xüsusiyyətinə malik olmalıdır, həmçinin insan orqanizmi üçün də zərərsiz olmalıdır.

Hazırda məktəblərdə dezinfeksiya işlərinin hansı üsulla və hansı vaxt aralığında aparılmasına gəlincə isə, A. Məmmədov bildirib ki, təhsil müəssisələrində dezinfeksiya işləri adətən nəm üsulla aparılır: “Bu üsulda məktəblərdə dezinfeksiya işləri apardıqdan 2 saat sonra nəm dəsmal ilə silinməlidir. Dezinfeksiya məqsədilə bromosept istifadə olunur. Bu zaman da sinif otaqlarının partaları, pəncərəaltlıqları, pilləkən tutacaqları dezinfeksiya olunur. Profilaktika məqsədilə həftədə 1 dəfə ancaq məktəbdə infeksion xəstəlik aşkar olunarsa, istisna olaraq həmin ərazi ocaqlı dezinfeksiya olunur. Bu dezinfeksiyalarla yanaşı məktəblərdə növbələr arası cari dezinfeksiya işləri də aparılmalıdır”.

Mərkəzin baş həkimi əlavə edib ki, bu maddələr normalda insan orqanizmi üçün zərərsizdir, amma ehtiyatsızlıq nəticəsində əlimiz dəysə və yaxud da hər hansı nahiyyəmizə təmas etsə, ziyanı ola bilər. Əldə, dəridə qaşınma, qızartı, gözdə göynəmə hissi yarana bilər.

Xəbər 2980 dəfə oxunub.




22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +