“Sputnik-Azərbaycan”nın ofisində əməliyyat keçirilir?
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
Bu tarixlərdə Qarabağa gedə bilməyəcəksiniz!
Partlayışla bağlı cinayət işi başlandı
Bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz
TƏBİB minaya düşən polislə bağlı məlumat yaydı
Hüseyn Büyükfıratın oğlunun ölüm səbəbi məlum olub
Bakıda ən çox əmək haqqını kimlər alıb?
Şamaxıda kürəkən qayınatasını qətlə yetirib
Sabiq deputat həbsdən çıxmamış daha 9 il iş aldı


16.06.2022  10:41 

Tale Bağırzadə 11 gündür ACLIQ edir





A+  A-

Həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin 11 gündür aclıq aksiyası keçirdiyi bildirilir.

XəzərNews.az xəbər verir ki, bu barədə yaxınları Meydan TV-yə danışıb. Onlar qeyd edib ki, aclıq T.Bağırzadənin səhhətində problemlər yaradıb.

Vəkili Fəxrəddin Mehdiyev müvəkkilinin həkim nəzarətində olduğunu bildirib.

İlahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə isə Taleh Bağırzadə ilə görüşə icazə verilmədiyini deyib: “İyulun 13-də telefonla əlaqə saxladıq. Demişdi ki, qızdırması var, gözləri qaralır. Həkim deyib ki, vəziyyət təhlükəlidir”.

T. Bağırzadənin saxlandığı həbsxananın rəhbərliyinə iyunun 3-də aclıq aksiyasına başladığı barədə ərizə verdiyi bildirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Nardaran hadisələri ilə bağlı həbs edilmiş Taleh Bağırzadənin aclıq aksiyasına başladığı və buna səbəb kimi polislərin dini təhqir etdiyi iddiaları yayılıb. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq polisin dini təhqir etməsi barədə yayılanlar şaiyə olduğunu bildirib. Polisin bütün dinlərə, o cümlədən islam dininə, böyük hörmət və sayğı ilə yanaşdığı qeyd olunub.

MBH sədrinin həbsdə aclıq aksiyası keçirməsi iddiası ilə bağlı Penitensiar Xidmətə sorğu ünvanlamışıq.

Xatırladaq ki, Hacı Taleh 2015-ci ildə Nardaranda Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı həbs olunub. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 20 il müddətə azadlıqdan məhrum edilib.

Xəbər 3199 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +