Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub





A+  A-

Rövşən Qurbanov Masallı Dövlət Regional Kollecinin direktoru, Sevda Həsənova Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin direktor müavini təyin edilib, Dürrə Hacıyevaya isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

XəzərNews.az xəbər verir ki, məlumatı Elm və Təhsil Nazirliyi yayıb.

R.Qurbanov müxtəlif illərdə ADPU-nun Cəlilabad filialında və Masallı Dövlət Regional Kollecində və bir sıra təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərib.

S.Həsənova müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.

D.Hacıyeva Azərbaycan Respublikasının Təhsil İnstitutunda Layihələrin idarə olunması və beynəlxalq əməkdaşlıq şöbəsində baş mütəxəssis və Elm və Təhsil Nazirliyi ilə ORT İsrail məktəblər şəbəkəsinin birgə həyata keçirdiyi İnnovativ məktəb layihəsinin koordinatoru vəzifəsində çalışıb.

Xəbər 1551 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +