PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


01.05.2017  13:52 

”Hökumətin həmin tələbləri tam yerinə yetirmək imkanı yoxdur”





A+  A-

“Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin tələblərini tam yerinə yetirmək imkanı yoxdur. Hər şeyi dövlətdən gözləmək olmaz. Dövlət sizə dəstək göstərmək fikrindən daşınmır. Sadəcə, daha geniş dəstəyi özəl sektordan əldə etmək olar”.
XəzərNews.az-ın xəbərinə görə, bunu Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov “Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, ölkənin əsas maliyyə mənbələri özəl sektordadır: “Ona görə də vətəndaş cəmiyyəti özıl sektorla işləməlidir. Onları inandırmalıdır. "Hər şeyi asan əldə edim” fikri ilə dövlətdən maliyyə gözləmək doğru deyil”.
Ə.Əhmədov qeyd edib ki, beynəlxalq donorlarla yaranan anşalımazlıq təkcə Azərbaycanla bağlı deyil, digər ölkələrdə də bu cür hallar baş verir: “Müəyyən hallarda hökumət sərt qərarlar qəbul edir. Burada ölkənin təhlükəsizliyi əsas götürülür. Dağlıq Qarabağın işğalı Azərbaycana problem yaradıb, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz bu sahədə daha geniş düşünməliyik, dövlət maraqlarından çıxış etməliyik. Xarici donorların üzərinə kölgə salmaq niyyətim yoxdur, amma Azərbaycan müharibə vəziyyətində olan ölkədir, bu nəzərə alınmalıdır. Sərtləşmələr var, bunun da səbəbləri var. Başqa ölkələr də bunu edirlər. Bu sahədə tam şəffaflıq olmalıdır. Bəzi beynəlxalq təşkilatlar şəffaflığı hökumətin yaratdığı əngəllər kimi xarakterizə edirlər. Əgər bui işlər saf niyyətlə edilirsə, niyə şəffadlığı tələb edəndə qıcıqlanırlar. Azərbaycan hökuməti bu istiqamətdə işlər aparır”.

Xəbər 2487 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +