PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


05.05.2025  15:39 

Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət





A+  A-

Şəhid Rəşid Həmidovun anası Tənzilə Həmidova adiyyatı qurumların onunla maraqlanmamağından şikayətçidir.

XəzərNews.az xəbər verir ki, bu barədə o anews.az-a müraciətində bildirib.

"Hazırda mənə dövlət tərəfindən verilən bir otaqlı evdə yaşayıram. Mənimlə maraqlanan yoxdur. Borcum xərcim başımdan aşır. Tək anayam. Gözüm zəif görür. Oğlumdan sonra belə olmuşam. 11 min kreditimin 8 mini borc kimi qalıb. Xəbərim olmadan yüksək faizlə kreditə imza atmışam. Ayda 344 manat kredit ödəyirəm. Yoldaşımdan ayrıldığım üçün dövlət tərəfindən verilən ödəniş yarıya bölünüb. Bir aydan o biri aya keçə bilmirəm. Soyducumda heç nə yoxdur. Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? Əvvəlcə gələn insanlar köməklik göstərirdilər. Özlərini reklam məqsədilə guya kömək edirlər, gəlib şəkil çəkdirirb, sonra gediblər. Sonra gələn olmadı. Mənim oğlum tək mənə görə şəhid olmayıb. Oğlum sağ olanda ən azından qazanırdı. O vaxt çox yaxşı dolanırdıq. Ölkədə dörd beş şəhid anasını çıxarırlar ortaya, guya hamısına qayğı göstərilir. Ancaq elə deyil",- şəhid anası vurğulayıb.

Şəhid anası bildirir ki, iki deputat Müşfiq Məmmədli və Göydəniz Qəhrəmanova,eləcə də Siyəzən və Yasamal İcra Hakimiyyətlərinə müraciət etməsinə baxmayaraq onunla maraqlanan olmayıb.

"Oğlum Siyəzəndə qeydiyyatda olub. Bu günə qədər Siyəzənin deputatı gəlib mənimlə maraqlanmayıb. Bir dəfə Novruz bayramında köməkçisi ilə dörd-beş toyuq göndərib. Bir dəfə də Siyəzən İcra Hakimiyyətindən kartıma 200 manat göndərilib ki, oğlumun ilini keçirim. Yasamal İcra Hakimiyyətinə müraciət etsəm də mənə geri dönüş edilməyib", - Həmidova qeyd edib.

Tənizlə Həmidova Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən də narazıdır. O vurğulayır ki, bu nazirlikdən 2-3 il öncə evinə baxış keçirilib ona kondisioner alınması ilə bağlı söz verilsə də bu söz olaraq qalıb.

Şəhid anası müraciət edərək kredtinin silinməsini və ona dəstək olunmasını istəyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırmanın nəticəsi barəsində məlumat veriləcək.

Rəşid Həmidov oktyabrın 7-də Suqovuşan (Tərtər) rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olub. Həmidov Siyəzəndə dəfn olunub.

Ona ölümündən sonra "İgidliyə" görə, "Laçının" azad olunması medalı, "Suqovuşanın" azad olunması medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Yazıda adı çəkilən qurumların və şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

Xəbər 3558 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +