“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


20.07.2018  09:06 

Qadın məşhur ticarət mərkəzində oğurluq etdi





A+  A-

6 iyul tarixində Bakı şəhəri Malakan bağının yaxınlığında Xəqani ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən yerləşən “Fantaziya” adlı mağazada oğurluq hadisəsi baş verib.
XəzərNews.az bizimyol.info-ya istinadən xəbər verir ki, Ləman adlı şəxs tanışlıqdan istifadə edərək danışmaq üçün mağaza sahibi İbrahimova İrinanın telefonunu müvəqqəti alıb və həyat yoldaşı ilə danışmaq bəhanəsilə çölə çıxıb. Bir müddət keçdikən sonra həmin şəxs yoxa çıxıb.

İrina İbrahimovanın qızı Gülnarə İbrahimova bildirib ki, bu barədə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə məlumat verilsə də, hadisənin nəzarət kameraları vasitəsilə qeydə alınan görüntülərini də təqdim etsələr də hələ ki, heç bir müsbət cavab ala bilməyiblər.

Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin rəis müavini, polis kapitanı Gözəlov Müşfiq Mikayıl oğlu hadisənin araşdırıldığını və yaxın zamanda bununla bağlı mətbuata da məlumat veriləcəyini bildirib: “Hazırda məsələ ilə bağlı məlumatımız var, tərəfimizdən araşdırmalar aparılır. Biz bununla bağlı yalnız araşdırma işi yekunlaşdıqdan sonra məlumat verə bilərik. Araşdırma yekunlaşdırıldıqdan sonra mətbuata da məlumat verəcəyik”.

Xəbər 1312 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +