“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


21.12.2024  13:51 

Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq





A+  A-

Abşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direktoru Əzizə Abdıyevaya qarşı dələduzluq etmiş şəxslərin məhkəməsi başa çatıb

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ə.Abdıyevaya qarşı dələduzluq edərək onun 98 min manat pulunu ələ keçirmiş 4 nəfərə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Həmin şəxslərdən Hökumə Əliyeva 5 il 6 ay, Aydın Cəfərov isə 7 il həbs cəzası alıb. Digər iki nəfərə isə şərti cəza verilib.

Araşdırmalar zamanı məktəbin direktor müavini, daha sonra isə direktor əvəzi olmuş Əzizə Abdıyevanın diplomunun saxta olması üzə çıxıb. Bundan sonra o, müxtəlif yollar axtararaq saxta diplomunu elektron sistemə saldırmaq istəyib. Həmin “diplom” Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Gəncə filialı tərəfindən 2009-cu ildə təqdim edilməklə “Maarif” fakültəsinin “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr dərəcəsinin verilməsi faktını təsdiq edib, lakin saxta olub. Bu işdə Ə.Abdıyevaya atasının evində işləyən ustalara rəhbərlik edən Elsevər adlı şəxs köməklik göstərəcəyini bildirib. Lakin Elsevər, Hökumə, Aydın və daha 2 nəfərlə əlbir olub, Əzizə Abdıyevadan 98 min manat alaraq ələ keçiriblər. Onların diplomun tanınmasına dair cəhdləri də uğursuz olub və pulu geri qaytarmayıblar.

Bundan sonra Ə.Abdıyevanın şikayəti əsasında cinayət işi açılıb. İstintaq müddətində Elsevər vəfat etdiyindən ona cəza təyin edilməyib.

O da məlum olub ki, təqsirləndirilən şəxslər aldıqları 98 min manatdan yalnız 26 minini sonradan geri qaytarıblar. 72 min manat isə hələ də ödənilməyib.

Qeyd edək ki, mətbuatda Ə.Abdıyevanın diplomumun saxta olması barədə əvvəllər bir neçə dəfə məlumat yayılıb. O, 2021-ci ildə tutduğu vəzifədən azad edilib.

Xəbər 2727 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +