“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


21.04.2021  11:54 

Paşinyanı Zəngəzurda “satqın çıxardılar“ - VİDEO





A+  A-

Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsinə səfəri davam edir.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, Nikol Paşinyan hazırda Meğri şəhərindədir.

Burada o, xoşagəlməz sürprizlə qarşılanıb. Belə ki, vətəndaşlar onu "Nikol xaindir!", "Nikol türkdür!" şüarları ilə qarşılayıblar.

Etiraz aksiyası polislərlə sakinlər arasında davaya çevrilib.

Sakinlər Paşinyanın şəhər meydanına girməsinin qarşısını almağa çalışıblar.

Paşinyan Meğri şəhəri boyunca yürüş keçirməyə çalışıb. Baş nazir çox sayda təhlükəsizlik işçisinin müşayiəti ilə şəhərdə gəzib.

Yerli sakinlər Paşinyana lənət və təhqir dolu söyüşlər yağdıraraq, onun Meğridən çıxmasını tələb edirlər.

Dava-dalaş zamanı Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Sarkis Ovannisyanın pencəyi cırılıb.

Yerli sakinlər Paşinyanın Azərbaycan Prezidentinin vaxtaşırı təhdidlərinə susmasından qəzəbləndiklərini bildiriblər. Bir gün əvvəl İlham Əliyevin yenidən "Zəngəzur dəhlizi”nin açılacağını bəyan etməsi bölgədə təşvişə səbəb olub.

Qeyd edək ki, baş nazirin Meğri səfəri əvvəlcədən elan olunmamışdı.

Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır.



Xəbər 2226 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +