“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


10.07.2018  18:11 

“FETÖ Azərbaycanda yerləşmək üçün hər yolu sınadı”





A+  A-

Azərbaycan prezidenti İlham Əliyevə FETÖ ilə mübarizədə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Çünki burada da onlar yerləşməyə çalışdılar və bunun üçün hər cür yolu sınaqdan keçirdilər.
XəzərNews.az xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan dövlət başçısı İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib:

"Lakin İlham qardaşımızın buradakı həssasiyyəti, Türkiyədə Azərbaycan əleyhinə fəaliyyət göstərənlərə qarşı koordinasiyalı işbirliyimiz bir çox problemi həll etdi. Maarif Vəqfimizin Azərbaycan Təhsil Nazirliyi ilə işbirliyi də buradakı boşluqları dolduracaq”.

Ərdoğan eyni zamanda bildirib ki, Dağlıq Qarabağ – Naxçıvan məsələsində mövcud problemləri həll etmək üçün əllərindən gələni bundan sonra da etməyə hazırdırlar: "Naxçıvanla ölkəmiz arasında quru yolu əlaqəsi ilə bağlı məlum problemlər aşılmış vəziyyətdədir. İndi yeni addım olaraq, lazım gələrsə, dəmir yolu məsələsini həll edərək bu əlaqələri çox fərqli nöqtəyə daşıya bilərik".

İlham Əliyev isə çıxışında qeyd edib ki, Türkiyə ordusu dünyanın ən güclü orduları sırasındadır. Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığı uğurla davam edir.

Dövlət başçısı bildirib ki, Azərbaycan Türkiyədən çox sayda hərbi texnika alır və bu texnikanın bir hissəsi keçən ay Bakıda keçirilən hərbi paradda da nümayiş olunub.

“Bu il hərbçilərimiz arasında 7 birgə təlim keçirilməlidir. Bu təlimlərdən 3-ü artıq keçirilib”.

Xəbər 1595 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +