“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.05.2018  12:07 

“Qayınanam təklif etdi ki, onunla sevişim” - Qətl





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun məhkəməsi başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

C.İbrahimov üzünü divara tutaraq istintaqın ədalətsiz aparılmasına etiraz edib: “Mənə qarşı çox haqsızlıq oldu, heç olmasa burada işimə ədalətli baxın”.

C.İbrahimov hakimin suallarına cavab verməkdən imtina edib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Proses mayın 17-də davam etdiriləcək.

Qeyd edək ki, 2018-ci il yanvarın 11-də Yasamal rayonu "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb. Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər. Qatilin Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov saxlanılıb.

O, istintaqa ifadəsində qayınanasını əxlaqsız təklifə görə öldürdüyünü deyib: “Qayınanam mənə təklif etdi ki, onunla sevişim. Mən də buna görə onu döydüm, öldürmək fikrim yox idi”.

Xəbər 1612 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +