“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


10.07.2017  12:23 

Dünən arvadı öldü, bu gün əri





A+  A-

Xaçmazın Müzəffəroba kəndinin sakini bədbəxt hadisənin qurbanı olub.
XəzərNews.az Report-a istinadən xəbər verir ki, kənd sakini, 50 yaşlı Fatimə Novruzova həyətindəki gilas ağacından meyvə yığarkən yıxılıb.

Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Hadisə yerinə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

***

Xaçmaz rayonunda bədbəxt hadisə nəticəsində ölən qadının ərinin ürəyi dayanıb.

"Report"un Şimal bürosunun məlumatına görə, ötən gün rayonun Müzəffəroba kəndinin sakini, 50 yaşlı Fatimə Novruzova həyətindəki gilas ağacından meyvə yığarkən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Bu gün isə qadının əri, 61 yaşlı Mahmud Lətif oğlıu Novruzovun ürəyi dayanıb. M.Novruzov xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edək ki, M.Novruzov Su Nəqliyyatında Polis İdarəsinin keçmiş əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1683 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +