Zelenski Putinlə nəyi müzakirə etmək istəyir?
Sıbiqa danışıqlar üçün Antalyaya gedib
Bir kisə pulu Rusiyadan çıxararkən saxlanıldı
Torpaq sənədi satan məmur həbs olundu
Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?


25.02.2017  17:58 

Cəbhədəki vəziyyətlə bağlı KİV-ə ÇAĞIRIŞ





A+  A-

Azərbaycan Mətbuat Şurası (MŞ) cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı Kütləvi İnformasiya Vasitələrinə (KİV) çağırış edib.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, MŞ sədri Əflatun Amaşov yaydığı açıqlamada hadisə və proseslərə münasibətdə həssas olmağın vacibliyini vurğulayıb.

“Hərçənd müşahidələrimiz onu deməyə əsas verir ki, tələskənliyə yol verən, hansısa formada populyarlıq qazanmağı hədəf seçərək media orqanları kimi fəaliyyət göstərdiyini iddia edən kimlərsə var. Belələri heç bir halda kütləvi informasiya vasitəsi olaraq qəbul edilməyəcəklər”, - deyə sədr qeyd edib.

Ə. Amaşov bildirib ki, “pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr istər özlərinin, yaxud özlərinə yaxın dairələrin internet informasiya ehtiyatlarında, istərsə də sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri dövriyyəyə buraxırlar”: “Belə durumlarda media təmsilçilərimizin daha diqqətli olmaları şərtdir. 2016-cı ilin “aprel müharibəsi” dönəmində biz müəyyən istisnalarla da olsa, həssaslığı və diqqəti gördük. Yenə də görəcəyimizə əminik”.

MŞ sədri medianı Müdafiə Nazirliyinin açıqlamalarını gözləməyə çağırıb.

Xəbər 4312 dəfə oxunub.




14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +