Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


25.02.2017  17:27 

Qalmaqallı həkim işdən çıxarıldı





A+  A-

Son günlər saxta diplom qalmaqalı ile gündəmə gələn “Zəfəran Hospital”ın həkimi Günay Qasımova bu gün klinikadan yola salınıb.
Məlumata görə, klinika rəhbəri bundan sonra G. Qasımovayla birgə işləmək istəmədiyini bildirib.

Qeyd edək ki, bu məsələni Kyoto universitetinin hospitalında həkim işləyən Vüsal Əliyev gündəmə gətirib: “İstanbul Universiteti Tibb Fakültəsi Daxili xəstəliklər və Endokrinologiya bölümündə bu adda xanım uzmanlıq təhsili almayıb. Sadəcə, 21.07.2014-21.04.2015 tarixlərində, yəni cəmi 9 ay kənardan izləməklə staj keçib. Tam əmin olmaq üçün, İstanbul Universitetinin dekanı və prorektoru ilə əlaqə saxlanıldı, bu uzmanlıq diplomu saxtadır. Özünün facebook səhifəsində də, İstanbul Universitetində 4 il təhsil aldığı yazılıb, halbuki 9 ay staj keçib. Üstəgəl, diplomda Türkiyənin səhiyyə nazirinin soyadı yanlış yazılıb”.

Xatırladaq ki, “Qafqazinfo” məsələ ilə bağlı “Zəfəran Hospital”da çalışan Günay Qasımova ilə əlaqə saxlayıb. O bildirib ki, yazılanlardan xəbərdardır: “Haqqımda o məlumatları paylaşanlar məhkəməyə veriləcək. Mən artıq İstanbul universitetinə bu barədə müraciət etmişəm. Sadəcə prosedur qaydalarına görə iki həftədən sonra mənə rəsmi cavab veriləcək”.

(qafqazinfo.az)

Xəbər 4321 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +