200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.10.2023  13:39 

“Özünü qoyub artistliyə, deyir tanımıram” - Zərərçəkmiş





A+  A-

Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın bu gün növbəti məhkəmə prosesi keçirilir.

Bakı Hərbi Məhkəməsində baş tutan iclasda zərərçəkmiş Xəlil Kazımov çıxış edib.

O bildirib ki, atası Pərvin Kazımov Meşəli kəndinə hücum zamanı şəhid olub. Özü isə hadisələr vaxtı xəsarət alıb:

“Meşəlini mühasirəyə aldılar, kəndə od yağırdı. Yadıma gəlir, hücum edənlərin içində ruslar da var idi. Bir gündə 25 nəfər öldürüldü. Atam həmin vaxt Xaçatryanla dost idi. Xatırlayar yəqin ki… Kənd sakinləri bir gecə səhərə qədər çöldə soyuqda qaldı. İndi Xaçatryan deyir ki, mən iştirak etməmişəm. O, günahkardır. Ömürlük həbs cəzası verilməsini istəyirəm”.

V.Xaçatryan zərərçəkmişin atasını tanımadığını, əlavə suallara cavab vermək istəmədiyini deyib.

“Özünü qoyub artistliyə, deyir tanımıram”, - Zərərçəkmiş Xaçatryanın sözlərinə münasibətində bildirib.//Qafqazinfo

Xəbər 967 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +