Azərbaycanda Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanıldı
Rusiya Azərbaycan məhsullarına qadağa qoymaq istəyir?
Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu


22.01.2021  11:35 

Bu halda sürücü hadisə yerini tərk edə bilər - YENİLİK





A+  A-

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər barədə təklifi müzakirəyə çıxara bilər.
XəzərNews.az xəbər verir ki, dəyişikliyə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməyən, başlanmış icraata isə xitam verilən hallara yenilik edilə bilər.

Məcəlləyə dəyişiklik hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam veriləcəyini nəzərdə tutur.

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:

- inzibati xəta hadisəsi olmadıqda;

- inzibati xəta tərkibi olmadıqda;

- şəxs son zərurət vəziyyətində hərəkət etdikdə;

- şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə;

- inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda;

- bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;

- barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda;

- barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə;

- Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda;

- bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda;[31]

- bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda.

Xəbər 5216 dəfə oxunub.




01.07.2025  13:17 

Yasamalda yanğın VAR

01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +