PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


28.09.2017  21:46 

Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək - Dəfn proqramı





A+  A-

Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, cənazə Heydər Məscidinə aparılacaq və cənazə namazı qılınacaq.

Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olacaq. Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq, Heydər Məscidində görkəmli alimin yas mərasimi də keçiriləcək.

Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.

O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.

Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.

Dünya şöhrətli alim sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.

Xəbər 2935 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +