Rusiyada 4 azərbaycanlı iş adamı saxlanıldı
Samuxda zəlzələ baş verib
PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?


17.07.2017  16:32 

Deputat uşaq bağçalarının işini TƏNQİD etdi: “Heç kim törətdiyi əmələ görə cəza çəkmir”





A+  A-

Azərbaycanda məktəbəqədər təhsil müəssisələri ilə bağlı qeyri-müəyyən vəziyyət davam edir. Uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin nəharətinə keçdikdən sonra vəziyyət daha da qəlizləşib. Halbuki, paytaxt bağçaları Bakı şəhər İcra Hakimiyyətinə verildikdən sonra şəhər meri Hacıbala Abutalıbov populist vədlərlə çıxış etmişdi. O, uşaq bağçalarındakı neqativliklərin ən qısa vaxtda aradan qaldırılacağını təntənə ilə elan etmişdi. Nəticə isə göz qabağındadır. Bağçalarda süründürməçilik, rüşvət halları artıb, təhsildən isə əsər-əlamət belə, yoxdur. Bağçalara təhsil müəssisəsi yox, biznes obyekti kimi baxılır.
Bakı Şəhər İcra Hakimiyyəti “JEK”lərə necə işləyirsə, tabeliyindəki bağçalarla da elə işləyir. Demək olar ki, bağçalar “JEK”lərə çevrilib.

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa da Modern.az-a açıqlama verib.

Deputat deyib ki, bağçalar digər qurumların tabeliyində olan zaman da onların vəziyyətində bir o qədər müsbət yöndə dəyişiklik yox idi.
“Hesab edirəm ki, bağçaların kimin tabeliyində olmağı bir o qədər də əhəmiyyət kəsb etmir. Uşaq bağçalarına cəmiyyətimizdə baxış dəyişməlidir. Özəl bağçalar sistemi daha da inkişaf etdirilməlidir. Dövlət bağçalarının olması daha çox dotasiya verilməsini tələb edir”.

F.Mustafa bildirib ki, dövlət bağçalara dotasiya ayırmaqda bir o qədər də maraqlı deyil.

“Çünki başqa sahələr var. Avropa ölkələrində- Estoniyada, Finlandiyada bağçanı ümumi vətandaşlar maddi təminatla saxlayırlar. Konkret olaraq Estoniyada vətandaşdan vergi tutularkən bağçanı saxlamaq üçün ayrıca ödəniş tələb olunur. Hətta bir nəfərin övladı yoxdursa, o da bağçanı saxlamaq üçün ödəniş edir. Onlarda belə bir düşüncə formalaşıb ki, millətin gələcəyi uşaqlardır və onların təminatı bir ailənin işi deyil. Bizdə isə bu məsələ bir az başqa cürdür. Biz düşünürük ki, valideynin gücü çatdı-çatmadı mütəq pul ödəməlidir. Halbuki, istedadlı bir uşağın bağçaya getməməyi gələcəkdə onun formalaşmasına çox mənfi təsir göstərir”.

Deputat qeyd edib ki, Azərbaycanda uşaq bağçalarına qarşı münasibət dəyişməlidir.
“Guya bağçalar hansısa digər qurumun tabeliyinə verilsə, neqativ hallar azalacaq? Düşünürəm ki, heç bağçaların Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olması neqativ halların azalmasına təsir göstərmir. Çünki bizdə heç kim törətdiyi əmələ görə cəza çəkmir. Ona görə də bütün sahələrdə neqativ hallar var, bu mümkündür və qaçılmazdır. Biz düşünməliyik ki, nəyə görə uşaq bağçaları var? Uşaqların 8 saat vaxtını öldürməyi üçün, yoxsa gələcəyə formalaşmış uşaq yetişdirmək üçün? Ona görə də bağçaların kimin tabeliyində olması faydalı olan məsələ deyil. Ümumi düşüncə, baxış dəyişməlidir. O zaman bağçaların hansı qurumun tabeliyi altında yaxşı fəaliyyət göstərməyi barədə hansısa fikir söyləmək mümkün olar. İndiki vəziyyətdə isə yox”.


Xəbər 3764 dəfə oxunub.




15.07.2025  10:00 

Samuxda zəlzələ baş verib

14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +