“Sputnik işi” üzrə 7 nəfər həbs olunub - DİN
Azərbaycanda Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanıldı
Rusiya Azərbaycan məhsullarına qadağa qoymaq istəyir?
Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı


06.03.2017  23:48 

Merkel Ərdoğanın nasizm barədə bəyanatına cavab verdi





A+  A-

Almaniya kansleri Angela Merkel bəyan edib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın nasizm barədə sözlərinə “heç bir bəraət yoxdur”.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə Reuters məlumat yayıb.

Kanslerin sözlərinə görə, Ərdoğanın çıxışı “nasizmin insanlığa qarşı cinayətinin qurbanı olanlara qarşı hörmətsizlikdir”.

Bununla belə, Merkel əmin edib ki, Almaniya höküməti mətbuat, söz və sərbəst toplaşmaq azadlığı prinsiplərinə sadiqdir və Konstitusiya referendumu ərəfəsində ölkə qanunlarına riayət edən türkiyəli siyasətçilərin təşviqatının qarşısını almayacaq.

Qeyd edək ki, martın 5-də Rəcəb Tayyip Ərdoğan Almaniyada hökümətin aksiyalara qadağa qoymasını nasizmə dəstək kimi qiymətləndirib.

“Sizin demokratiya ilə heç bir əlaqəniz yoxdur, və siz bilməlisiniz ki, sizin hazırki hərəkətləriniz nasistlərin hərəkətlərindən fərlənmir”, - Türkiyə lideri İstanbulda mitinqdə bəyan edib.

Bundan əvvəl, Ərdoğanın “alman agenti” adlandırdığı türk əsilli Almaniya jurnalistinin Türkiyədə həbsindən sonra Almaniya höküməti yerli türk cəmiyyətinin iki aksiyasına qadağa qoymuşdu.

Xəbər 4009 dəfə oxunub.



01.07.2025  13:17 

Yasamalda yanğın VAR

01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir


BÜTÜN XƏBƏRLƏR +