Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?
Hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı
Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam


11.10.2023  21:45 

Azərbaycanda unun qiyməti bahalaşıb





A+  A-

Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.

Xəzərnews.az xəbər verir ki, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub.

Qeyd edək ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.

Ən yükəsk artım Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən fiziki şəxs İsgəndər Mirzəyevə məxsus topdansatış mərkəzində olub. Avqust ayının sonunda burada satılan 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26 manat 10 qəpik olduğu halda, oktyabr ayının əvvəlində 27 manat 25 qəpiyə qaldırılıb.

Bundan başqa “Dəvəçi-Dəyirman” MMC, “Dəvəçi-Taxıl” MMC, “Şəmkir Un-Yem” MMC və “Sünbül 2012” MMC-yə məxsus topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti son bir ayda 1 manat artıb.

Digər topdansatış mərkəzlərində isə 50 kiloqramlıq un kisəsinin qiyməti 95 qəpik artıb. Yalnız bir neçə mərkəzdə unun qiyməti dəyişməz qalıb.



Məlumat üçün onu da qeyd edək ki, ötən ilin dekabr ayından etibarən unun qiymətində davamlı ucuzlaşma müşahidə olunurdu. Məsələn, ötən ilin dekabr ayında topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 38-39 manat arasında dəyişib.

Təxminən 8 aydan sonra – bu ilin sentyabr ayında un yenidən bahalaşmağa başlayıb.//Yeniavaz.com

Xəbər 4053 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +