200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


28.07.2023  14:07 

Daha bir partiya da qeydiyyata alınmadı





A+  A-

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qeydiyyata alınmayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə partiya sədri Mirmahmud Mirəlioğlun bildirib:

"Siyasi Partiyalar Haqqında Qanuna" uyğun olaraq, 20 gün əvvəl - (07.07.2023 cü il), Ədliyyə Nazirliyinə təqdim etdiyimiz, Klassik Xalq Cəbhəsi Partiyası üzvlərinin reyestrinin 11 günlük yoxlaması başa çatıb.

Dünən - (27.07.2023 cü il), saat 19 radələrində Ədliyyə Nazirliyindən yoxlamanın başa çatdığı bildirilib.

Bu gün - 28.07.2023 cü ildə, rəsmi cavab səlahiyyətli nümayəndəmizə təqdim olunub.
..."Bildirir ki, 5418 üzvü əhatə edən reyestrdə 4819 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən onlar tərəfinizdən dəqiqləşdirilməlidir.

Reyestrdəki eyniləşdirilmiş şəxslərin sırasından 26 nəfərin başqa partiyanın üzvü olduğu, 64 şəxsin öldüyü və 3 şəxs barədə məlumatların təkrarlandığı aşkar olunub.

Eyni zamanda reyestrdə adları qeyd olunmuş şəxslərlə əlaqə saxlanılarkən onlardan 141 - i Klassik Xalq Cəbhəsi Partiyasının üzvü olmadıqlarını bildirilib.

Həmçinin qeyd edirik ki, 1 telefon nömrəsi 18 partiya üzvünə münasibətdə əlaqə telefon nömrəsi kimi göstərilib".

Qanunun 30.2 - ci maddəsinə əsasən, çatışmazlıqların aradan qaldırılması üçün 30 gün müddətində aradan qaldırılması zəruriliyi nəzərimizə çatdırılıb.

Çatışmazlıqların aradan qaldırılması üçün müvafiq yazılı məlumatdan sonra, bir daha əlavə açıqlama olacaq”.

Xəbər 1417 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +