Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


29.05.2020  09:17 

ABŞ-da etirazçılar polis məntəqəsini yandırdılar





A+  A-

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən öldürülməsindən sonra şəhəri kütləvi iğtişaşlar bürüyüb.
XəzərNews.az “Fox News”a istinadən xəbər verir ki, vandalizm və yanğınlarla müşayiət olunan şiddətli nümayişlər artıq 3-cü gündür ki davam edir. Etirazçılar Corc Floydun ölümündə günahlandırılan polis Derek Çovinin həbs edilməsini tələb edirlər.

Qarşıdurmalar nəticəsində bir sıra obyekt və avtomobillərə ziyan dəyib. Nümayişlər zamanı etirazçılar polis bölməsinin binasını mühasirəyə aldıqdan sonra binaya girərək onu yandırıblar. Binada olan polis əməkdaşlarının yanğından bir az əvvəl helikopter vasitəsilə təxliyyə olunduğu bildirilib. Etirazlar zamanı şəhərdə polis məntəqəsi ilə yanaşı ticarət mərkəzləri, restoranlar, supermarketlər kimi bir sıra digər obyektlər də yandırılıb.

Qeyd edək ki, Minneapolis meri qaradərilinin öldürülməsinə görə vətəndaşlardan üzr istəyib. Hadisəyə görə 4 polis əməkdaşı vəzifəsindən azad edilib.

Xəbər 1970 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +