“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


07.05.2022  21:57 

Ərindən boşanmaq istədi, bıçaqlandı - Fotolar





A+  A-

Bakıda ər boşanmaq ərəfəsində olduğu arvadını bıçaqlayıb.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə mayın 4-də Xətai rayonu General Şıxlınski 1-a ünvanında baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Nadirova Jaləni həyat yoldaşı Heydər Nadirov bıçaqlayıb. Qarın nahiyyəsindən bir bıçaq zərbəsi alan qadın, hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunur.

Hadisə ilə bağlı əməkdaşımızla söhbətləşən qadın bildirib ki, o, ərindən 5 ay əvvəl ayrılıb və boşanmaq üçün məhkəməyə müraciət edib. Qadının iddiasına görə, buna əri tərəfindən şiddətə məruz qalması səbəb olub. O, həyat yoldaşı tərəfindən dəfələrlə döyüldüyünü bildirib.

Jalə Nadirova onu da bildirib ki, əri ilə boşanmaq barədə qərar qəbul etdikdən sonra evdən ayrılıb və kirayə qalıb. Buna baxmayaraq, həyat yoldaşı onun yaşadığı ünvanı tapıb və hadisə də məhz orada baş verib.

Hadisədən sonra Heydər Nadirov polis əməkdaşları tərəfindən saxlanılıb. Jalə Nadirovanın sözlərinə görə, hadisədən 3 gün vaxt keçsə də, polis tərəfindən ondan izahat alınmayıb. Qadın bu durumdan narahat olduğunu dilə gətirib.



Xəbər 7082 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +