Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi


18.04.2025  12:31 

Molla əxlaqsızlığa görə həbs edildi





A+  A-

Naxçıvan Muxtar Respublikasının kəndlərindən birinin mollası olan 1940-cı il təvəllüdlü B.Həsənov (bütün soyadlar şərti) həbs edilib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, B.Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin 14 aprel tarixli hökmü ilə 4 il 6 ay müddətə həbs cəzasına məhkum edilib.

O, Cinayət Məcəlləsinin 150.1-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib və məhkəmə zalındaca qandallanıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, B.Həsənov xeyli müddət qonşuluqda yaşayan qohumu, ağır dərəcəli əqli geriliyi olan birinci qrup əlil 1979-cu il təvəllüdlü S.Məmmədova qarşı xeyli müddət cinsi zorakılıq hərəkətləri edib. Fakt üzə çıxdıqdan sonra cinayət işi açılıb.

Cinayət işi üzrə keçirilən məhkəmə prosesində B.Həsənov törətdiyi əməlin yaşına uyğun olmadığını deyərək üzr istəyib və bağışlanmasını xahiş edib.

Qeyd edək ki, bu ilin yanvarında da Naxçıvanda oxşar əməlləri törədən digər mollaya da hökm oxunmuşdu.

Xəbər 1705 dəfə oxunub.



02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +