Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi


27.02.2025  16:51 

Biləsuvar xəstəxanasında dava: Xadimə DÖYÜLDÜ





A+  A-

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında mühafizəçi xadiməni döydüyü üçün saxlanılıb.

Xəzərnews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, dava xəstəxanada mühafizəçi işləyən 1995-ci il təvəllüdlü Y.V. ilə 1980-ci il təvəllüdlü xadimə F.M. arasında baş verib.

Buna səbəb isə xadimənin analiz otağına yanında olan şəxsi növbədənkənar keçirməyə cəhd etməsi olub. Belə ki, Y.V. xadiməyə növbədənkənar xəstə keçirməyə görə irad bildirib. F.M isə mühafizəçiyə öz etirazını bildirərək, onu sinəsindən itələyib. Y.V. da xadimənin əməlindən əsəbləşərək, ona üç yumuruq zərbəsi vurub. Hər iki şəxs bir-birindən polisə şikayət edib.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Hər iki şəxs zərərçəkmiş şəxs kimi tanınıb.

Məhkəmə tərəflər arasında barışıq əldə edildiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verib.

Xatıradaq ki, ötən il Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Məmmədtağı Əhmədovla görüşə bilməyən keçmiş işçisi Z.K. xəstəxanada səs-küy salıb, onu təhqir etdiyi üçün saxlanılmışdı.


Xəbər 2384 dəfə oxunub.



02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +