Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


25.04.2022  19:07 

“Shila zakon tanımır” - İş adamının övladları – Foto





A+  A-

Boynunda qızıl zənciri olan it qucağında, qiyməti bir neçə yüz min manat olan, 5.7 mühərrik "Land Cruiser” yüksək sürətlə hərəkətdə.

"Shila zakon tanımır” adlı başqa bir videoda boynu qızıl zəncirli həmin itə quzu qabırğasından kabab – antrekot yedizdirir. Ardınca paylaşdığı videoda əlindəki qızıl suyuna çəkilmiş "Vertu” telefonla timsah dərisindən olan ayaqqabısını təmizləyir.

Qulağına 2 "Vertu”nu birdən tutub videoya çəkdirir, fon musiqisi isə "bi dəə belə, bidənə elə, eliyə bilərsən belə” ürək bulandırcı sözlərlə zəngindir.

Başqa bir video isə "Shtrafnoya gederik” adlanır. Yenə də həmin bahalı "Land Cruiser”dən daha biri, maşının salonundan çəkilmiş videodan görünür ki, qarşıda sayrışan işıqlarını yandırmış yol polisinə məxsus Az 99 YP 279 nömrə nişanlı avtomobil hərəkətdədir. Şərhlərdə isə istifadəçilər "söhbət nə ilə qurtardı” sualı yazır, məşhur iş adamı Yaşar Cabbarovun övladı dollar topası üstündə dayanan birinin videosunu paylaşır və "Azərbaycanda hər şey pulla həll olunur” cavabını yazıb. Tik-tokda bu sayaq videoları bir deyil, iki deyil.

Başqa bir video "Niva” da aldılar” adlanır. Maşının yük yeri videoda xüsusi olaraq diqqətə çatdırılır. Orada 2 iri, 10 nisbətən kiçik ölçülü səsgücləndiricilər quraşdırılıb. Yaşar Cabbarovun övladları bu səsgücləndiriciləri işə salıb Bakının bir tərəfində musiqi dinləmək fikrinə düşsələr, şəhərin o biri tərəfində əllərini qulaqlarına tutanlar olar.

Diqqətçəkən daha bir məqam isə Az 90 XY 890 nömrə nişanlı "Niva”nın avtoşsayağı dizayn olunmasıdır. Videodan da görünür ki, "papalarının gül balaları” "Niva”nı Bakıda sürürlər.

Digər bir video "Qalik də aldılar” haştaqı ilə paylaşılıb. "Gelenvagen Brabus”da Yaşar Cabbarovun övladları öz bahalı həyatlarını nümayiş etdirirlər.

Yaşar Cabbarov tanınmış iş adamıdır. Onun "Sədərək” Ticarət Mərkəzində obyektləri var. Yaşar Cabbarovun adı "MTN işi”də də keçir. Onun ləğv edilmiş MTN-nin rəhbər şəxsləri ilə sıcaq münasibətləri olub./Reportyor.info



Xəbər 1968 dəfə oxunub.



14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +