Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


14.10.2021  11:25 

Şükür Həmidovun atası oğlunun şəhid olduğu yerdə





A+  A-

Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidovun arzusu həyata keçib.


XezerNews.az xəbər verir ki, ona oğlunun şəhid olduğu yeri öpmək nəsib olub. Həmin kadrları “Təsir dairəsi” verilişi Qubadlıda lentə alıb.

Arzusuna çatan ata göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Ş. Həmidov 1975-ci ildə Qubadlı rayonunda anadan olub. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuş və Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərib. Azərbaycan Prezidentinin Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. O, eyni zamanda müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Vətən müharibəsində iştirakına görə, “Vətən uğrunda” medalı və "Zəfər" ordeni ilə də təltif olunub. Ş. Həmidov doğma yurdu Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Milli Qəhrəman II Fəxri xiyabanda dəfn olunub. Ailəli idi, iki övladı yadigar qalıb.

Xəbər 1960 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +