Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı
Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi


12.02.2021  13:32 

Avropa Parlamenti bu ölkələrlə bağlı Aİ-yə çağırış etdi





A+  A-

Avropa Parlamenti Riyad və Əbu-Dabinin Yəməndəki vətəndaş müharibəsi zamanı beynəlxalq humanitar hüququ və insan haqlarını pozduğunu əsas gətirərək Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə bütün AB ölkələri tərəfindən silah satışının qadağan edilməsinə çağırıb.
XəzərNews.az xəbər verir ki, AP-nin qəbul etdiyi “Yəməndəki humanitar və siyasi vəziyyət” haqqında birgə qərar layihəsində Almaniyanın Səudiyyə Ərəbistanına, İtaliyanın isə Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah ixracatını artıq qadağan etdiyi bildirilir.

Sənəddə qeyd olunur ki, bir sıra Aİ ölkələri də qadağaya qoşulmağı planlaşdırır, buna baxmayaraq bəzi ittifaq ölkələri Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah satmağa davam edir və bununla da Aİ Şurasının ortaq mövqeyini pozur.

Layihə ABŞ-ın Səudiyyə Ərəbistanına silah və BƏƏ-yə “F-35” təyyarələrinin satışını dayandırma qərarını alqışlayır.

Avropa Parlamenti üzvləri Aİ ölkələri tərəfindən bu ölkələrə silah ixracının Yəməndəki münaqişənin artmasına kömək etdiyini qeyd ediblər.

“Avropa Parlamenti, Aİ və üzv ölkələrini ciddi insan haqları pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün əllərindəki hər vasitədən istifadə etməyə çağırır”,- deyə bəyanatda qeyd olunub.



Xəbər 2600 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +