200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


12.03.2019  15:29 

Polis “Lotu Quli”nin obyektində yoxlamalara başladı





A+  A-

“Rosqvardiya” və polis əməkdaşları Moskvanın ən iri ərzaq bazarlarından olan “Fud Siti”də reyd keçirir.
XəzərNews.az xəbər verir ki, bu barədə “TASS” agentliyinə hüquq-mühafizə orqanlarında olan mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, martın 12-də səhər saatlarında Kaluj şosesinin 22-ci kilometrliyində yerləşən bazara “Rosqvardiya” əməkdaşları səfərbər olunublar: “İçəri heç kimi buraxmırlar. Polis əməkdaşları axtarışlar aparır, bazarda işləyənləri sorğu-sual edirlər”.

Mənbə reydin hansı səbəbdən keçirildiyi və saxlanılanların olub-olmadığı barədə məlumat verməyib.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya mətbuatında “Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun azərbaycanlıların çalışdığı “Fud Siti” aqroklasterinə nəzarəti ələ keçirdiyinə dair informasiya yayılıb. Məlumatda bildirilirdi ki, “Fud Siti” daha öncə 2016-cı ildə Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin əmisi oğlu Zaur Əhmədovun nəzarəti altında idi.

Xatırladaq ki, analoji tədbir martın 11-də azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus “Sadovod” bazarında, həmçinin, “Moskva” ticarət mərkəzində də həyata keçirilib.

Xəbər 1401 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +