Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


12.10.2020  14:57 

Ermənilər Gəncəni “SCUD” ballistik raketi ilə vurub - Rəsmi





A+  A-

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə yaşayış binasına Ermənistan silahlı qüvvələri tərəfindən törədilən raket hücumu “Elbrus” ballistik raketi (SCUD) ilə həyata keçirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) icraçı direktoru Qəzənfər Əhmədov açıqlama verib.

“Bu gün Gəncənin mərkəzində sıx yaşayış məntəqəsinə atılan bir raketin son parçalarını topladıq. Əvvəlcə bunun “Toçka U” raketi olduğunu zənn etsək də, yeni parçaların təhlili bunun “Elbrus” ballistik raketi olduğunu dəqiqliklə söyləməyə imkan verir”,- deyə o, bu gün Gəncədə xarici diplomatlarla keçirilən brifinqdə qeyd edib.

Onun sözlərinə görə, raketin üzərində onun növünü müəyyənləşdirməyə imkan verən “8K14” yazısı aşkarlanıb. Əhmədov bildirib ki, raketin uçuş məsafəsi 300 kilometrdir.

Öz növbəsində, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, NATO tərəfindən “SCUD” adı ilə tanınan ballistik raket ilə bu qədər böyüklükdə bir şəhəri hədəf almağın vandalizm və müharibə cinayəti olduğunu bildirib.

Xəbər 3463 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +