Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


21.11.2017  10:57 

Abbas 2-ci xanımını niyə gizlədir?





A+  A-

Xəbər verdiyimiz kimi, əməkdar artist Abbas Bağırov ikinci dəfə ailə həyatı qurub. Ötən gecə isə Abbasın ikinci toyu baş tutub. Müğənninin birinci, yəni ancaq kişilərdən ibarət toyu may ayında, qız toyu isə Gəncədə reallaşıb. Məclisi İlkin Həsəni və Afaq Gəncəli aparıb.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bağırovun üçüncü böyük məclisi isə dekabrın 27-də “Buta Palace”də baş tutacaq. Abbasın birinci ancaq kişilər üçün, ikinci qız toyu təşkil etməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib.

Bəs görəsən, Abbası üç toy etməyə nə vadar edib?


Sənətçi may ayının əvvəlində “Hər şey daxil” verilişinə qonaq olarkən fərqli bir toy edəcəyini demişdi. Abbas musiqiçi olduğu üçün həmkarlarını düşünərək 3 dəfə xoş gününü keçirəcəyini, toyunda vağzalı çalınmasına icazə verməyəcəyini bildirmişdi.

Əməkdar artist ikinci xanımını niyə gizlədir?


May ayında Bakıda keçirdiyi məclisdə Abbas gəlinsiz oturmuşdu, Gəncədəki toyda isə gizli saxladığı xanımı iştirak edib. Hətta, o, instaqram səhifəsində gəlinlə ancaq əl-ələ çəkilən fotosunu paylaşmaqla kifayətlənib. Bildirilir ki, Abbas qonaqlardan gəlinin şəklini yaymamaqla bağlı xüsusi xahiş edib. Bu səbəbdən dünən sosial şəbəkələrdə paylaşılan bütün fotolarda Abbas gəlinsiz görünüb. Təzə gəlinin adı açıqlanmasa da, qonaqlar “A və E” yazaraq sənətçini təbrik ediblər.

Bundan başqa, iddia olunur ki, toy ailələrin qərarı ilə baş tutub. Bağırov nikah bağladığı xanımın öz qohumu olduğunu deyilir.

Xatırladaq ki, Abbas ikinci dəfə ailə həyatı qurur, onun bir qız övladı var.

Xəbər 3128 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +