Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


06.12.2018  16:52 

160 minlik dələduzluq...





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Qədir Sultanovun məhkəməsi başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 13-də davam etdiriləcək.

Q.Sultanov zərərçəkmiş Xanımbacı İsmayılovaya 160 min manat pul “atmaq”da ittiham olunur.

X.İsmayılovanın qızı Həcər Quliyeva və nəvəsi Sahib Quliyev dələduzluqda ittiham edilib. H.Quliyeva 10 il 6 ay, oğlu Sahib isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Onlardan şikayətçi olan şəxs isə elə öz qohumları olub. X.İsmayılovanın kürəkəni Rasim Salmanov bildirib ki, Sahib onun etibarından istifadə edərək 2,1 milyon manat pulu onun bank hesabından çıxararaq mənimsəyib. R.Salmanov “Bizim Market” şəbəkəsinin sahibidir. İstintaq zamanı S.Quliyev ona 263 min manat nağd pul ödəyib, 700 min manatlıq əmlak verib. Sahib istintaqa ilkin ifadəsində pulun 1 milyonunu nənəsi Xanımbacıya verdiyini deyib.

Qədir Sultanov isə bu prosesdən sonra ortaya çıxıb və X.İsmayılovaya söz verib ki, onun qızı Həcəri həbsdən çıxartdıracaq. Bu işdə ona Sahib Şükürov və Natiq Məmmədov adlı şəxslər də kömək edib. Q.Sultanovun birgə iş gördüyü Sahib Şükürov o zaman Xanımbacı İsmayılovdan bu iş üçün 800 min manat almaqda ittiham edilmişdi.

S.Şükürov bu ilin avqust ayında dələduzluğa görə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin zaman məhkəmə prosesində Qədir Sultanov şahid kimi ifadə verib. Daha sonra o da cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib. Natiq Məmmədov isə istintaqdan yayındığı üçün axtarışa verilib.

Xəbər 1640 dəfə oxunub.




14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +