Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


14.04.2021  10:27 

Sahibə Qafarova Rusiyaya gedir





A+  A-

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın (MDB PA) yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcək.
XəzərNews.az xəbər verir ki, nümayəndə heyətinə deputatlardan Nizami Səfərov, Arzu Nağıyev, Əminə Ağazadə, Mixail Zabelin, Emin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Sessiya çərçivəsində MDB PA-nın Şura, 52-ci plenar və daimi komissiyalarının iclasları olacaq.

Əvvəlcə Sankt-Peterburqun Tavriya Sarayında keçiriləcək Şura iclasında sessiyada müzakirə olunacaq məsələlərə baxılacaq, plenar iclasda isə “Pandemiya dövründə miqrasiya proseslərinin hüquqi tənzimlənməsi və MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinin bu prosesdə rolu” mövzusunda müzakirələr aparılacaq. Deputatlarımız təşkilatın daimi komissiya iclaslarında müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcəklər.

Burada Azərbaycan parlament nümayəndə heyəti “COVID-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorçuluq və zorakı ekstremizm” mövzusunda beynəlxalq parlament konfransında da iştirak edəcək.

Sessiya çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarovanın tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir.

Səfər aprelin 16-da başa çatacaq.

Xəbər 2923 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +