Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


17.03.2021  13:28 

“Qarabağla bağlı hər kəsi razı salmalı idik” - Şoyqu





A+  A-

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qarabağda Türkiyə ilə qarşılıqlı əlaqəni “çox çətin bir əməliyyat” adlandırıb.
XəzərNews.az xəbər verir ki, Şoyqu bu barədə Qazaxıstanın “Tengrinews.kz” nəşrinə verdiyi müsahibədə bildirib. O, bu prosesdə çoxsaylı arqumentlər, ünsürlər və motivlərin nəzərdən keçirildiyini qeyd edib.

Şoyqu hazırda Qarabağda atəşkəs rejimini izləmək üçün Azərbaycan ərazisində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulduğunu xatırladaraq mərkəzin yaradılmasını son döyüşlərdən sonra atəşkəsin nəticələrindən biri olaraq dəyərləndirib.

O qeyd edib ki, Rusiya Prezidenti bütün bu razılaşmaların təmin olunması üçün böyük səylər göstərib:

“Üstəlik, hər kəsi razı salmalı idik. Yəni, “mən razıyam, sadəcə onları inandır” deyən kimsə yox idi. Xeyr, hər kəsi inandırmalı idik. Biz də öz səviyyəmizdə həmkarlarımızla danışmışıq. Lakin bu gün görülən iş birincisi, insanların bir-birini öldürməsinin dayandırmasıdır”.

Nazir ümid edir ki, artıq Azərbaycanla Ermənistanın ikitərəfli təmaslara keçməsi və bir-biri ilə danışmasının vaxtıdır.

“Burada, əlbəttə ki, çox şey Rusiyanın Türkiyə ilə olan münasibətlərindən asılıdır. Yeni oyunçular görünür, köhnə qonşular da meydana çıxır. Ancaq onlar öz təklifləri ilə meydana çıxırlar, İranı nəzərdə tuturam. Bu, inkişaf etmiş infrastrukturlar, dəmir yolları, hidroenergetika və nəqliyyat əlaqələridir. Bir çox məsələ var”,- deyə Şoyqu qeyd edib.

Şoyqu Rusiya hökumətinin nümayəndəsi olaraq 30 ilə yaxındır postsovet məkanındakı münaqişələrin həllində iştirak etdiyini vurğulayıb. Bununla birlikdə, bütün bu dövlətlərin sülh içində yaşayacağına inamını əsla itirmədiyini bildirib.

Xəbər 2311 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +