İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


30.09.2024  11:04 

Əvvəlki “Qarabağ”ı görə bilmirik: Bu oyunçular getməlidir – Ekspert





A+  A-

Futbol eksperti Tərlan Əhmədov Xəzərnews.az-ın suallarını cavablandırıb. “Qarabağ”ın Futbol Klubunun mövqelərindəki çatışmazlıqlarından danışan ekspert bildirib ki, kluba ilk növbədə normal qapıçı lazımdır.

-Tərlan bəy, necə düşünürsünüz, "Qarabağ" qış transfer pəncərəsində hansı mövqeyə yeni oyunçular cəlb etməlidir?

“Açığı bu haqda dəqiq nəsə demək olmur, amma suala cavab vermək lazımdır. Düşünürəm ki, “Qarabağ”a ilk növbədə normal qapıçı lazımdır. Qapıçı bir komandanın 50 faizi deməkdir. O, nə qədər çox etibarlı, inamlı olarsa , oyunçulara bir o qədər inam gələr. İkinci olaraq, hücum xəttinə qol vura biləcək duyumu olan futbolçu lazımdır. İndi təkcə Juninyodur. Onda da bir oyunda alınsa, növbəti dəfə o qədər də keyfiyyət vermir. Hərhalda Juninyo fikriləşir ki, onu əvəz edəcək başqa səviyyədə bir hücumçu yoxdur, ona görə də hər hansı arxayınlığı yaranmış ola bilər. Bunu son oyunlarda da gördük, keyfiyyət o qədər də yüksək deyildi. Və ən böyük problem müdafiə mərkəzindədir. Komanda “Dinamo Zaqreb”lə keçirilən oyunda, cavab oyununda, “Tottenham”la olan qarşılaşmada, hətta çempionatdakı “Neftçi” ilə oyunda belə həmin bu mövqelərdə problemlər yaşandı. Bütün oyunlarda bu mövqelərdə problem yaşandığı üçün uğursuz nəticələr olur. Artıq “Qarabağ” yüksək elitada futbol oynayır. Avroliqa qrupu və ya çempionlar qrupunda olduğunu düşünsək, artıq çatışmazlıq olan mövqelərə diqqət lazımdır. Birdəki yarımmüdafiənin mərkəzinə baxmaq olar. Yankoviçin oynadığı oyunlarda komanda fərqli cür oynayırdı. Lakin son bir neçə oyunda Yankoviç yox idi və gördük ki, bu mövqedə də problem yaşandı. Bu hallara istinadən deyərdim ki, komandaya qapıçı, yarımmüdafiənin mərkəzinə, hücum xəttinə isə daha yaxşı və keyfiyyətli futbolçular lazımdır. Hər halda düşünürəm ki, bu dəyişikliklərdən sonra “Qarabağ” oyunlarda daha yaxşı iştirak edə bilər. Bundan başqa, son oyunlarda Zoubirin də əvvəlki oyun keyfiyyəti yox idi. Bu, bəlkə yaşı ilə əlaqədardır, bəlkə də ona olan hansısa təklifləri düşünür. Səbəbini bilmirəm, amma əvvəlki kimi oynamır. Onun mövqeyində yeni futbolçu olsa, “Qarabağ” üçün daha yaxşı olar. Klubun hücumları daha kəsərli, daha aqressiv ola bilər. Artıq Zoubir, Juninyo kimi oyunçular enişə doğru gedir. Son vaxtlarda müdafiə mərkəzində Bədavi, Medina, Bəhlul, onlarda da bir az eniş hiss olunur. Buna görə də, “Qarabağ”a “ yeni nəfəs” gəlsə, oyunlar daha rəqabətli, daha keyfiyyətli olacaq. Qapıçı mövqeyində dediyim kimi, bir az problem yaşanır. Kluba 2 qapıçı dəvət olundu, amma onlar da ümidləri doğrultmadılar. Kənardan başqa cür görünmüş ola bilər, amma biz keçən 2 il öncəki “Qarabağ”ı görə bilmirik.”

Zəhra Niftiyeva
Xəzərnews.az


Xəbər 8364 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +