Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsilli milyonçunun bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı


27.03.2018  10:07 

Radiolardakı bərbad durum haqda - Açıqlama





A+  A-

“Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən böyük narazılıqlar var və o baxımdan da biz radiolarda monitorinqləri artırdıq”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli radiolarla bağlı keçirilən monitorinqlərə münasibət bildirərkən deyib.

N.Məhərrəmlinin sözlərinə görə, bununla bağlı tədbir keçiriləcək və monitorinqin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

MTRŞ sədri bildirib ki, tək Azərbaycanda deyil, ümumiyyətlə bütün dünyada teleradio verilişlərinin keyfiyyəti aşağı düşüb: "Bütün dünyada daha çox şou xarakterli verilişlər üstünlük təşkil edir və bu hal Azərbaycanda da özünü göstərir. Teleradio məkanında görüləsi işlər çoxdur, yəni keyfiyyətli verilişlərə ictimaiyyətin böyük ehtiyacı var. Çox təəssüf ki, hələki bu problemlər mövcuddur və hesab edirəm ki, birlikdə biz bu işlərin öhdəsindən gələcəyik".

Qeyd edək ki, MTRŞ tərəfindən radiolarla bağlı monitorinq keçirilib. Monitorinqlər zamanı özəl radioların efirində maarifləndirici layihələrin azlığı diqqəti cəlb edib. Özəl radiokanalların proqram yayımında əsasən əyləncəli verilişlərə, musiqiyə yer verilir.

Xəbər 2241 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +