Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


27.01.2020  15:12 

Dəhşətli virus Azərbaycana qonşu olan ölkəyə keçdi





A+  A-

Qazaxıstanda dörd nəfərdə koronovirus aşkar edilib.
XzəərNews.az Oxu.az-a istinadən xəbər verir ki, Almatı Beynəlxalq Hava Limanında çinli turistləri daşıyan təyyarədə axtarış aparılıb.

Nəticədə, dörd nəfərin ölümcül virusa yoluxduğu müəyyən edilib.

Virus aşkar edildikdən sonra onlar geri - Çinə göndərilib.

Səlahiyyətli şəxslər bununla bağlı verdikləri açıqlamada terminal kameralar vasitəsilə xəstələrin yüksək hərarətinin olmasını və bu səbəbdən xəstəliyi müəyyən edə bildiklərini deyiblər.

Bildirilir ki, dünən Rusiyanın Moskva şəhərinə qatarla gələn yeddi turist yüksək hərarətin olması ilə bağlı koronovirus şübhəsi ilə xəstəxanaya yerləşdiriliblər. Sonra isə onlarda koronovirusun olmadığı, sətəlcəm olduqları bildirilib. Qazaxıstanla birlikdə virusun yoluxduğu ölkələrin sayı 15-ə çatıb.

Xatırladaq ki, dəhşətli virusla bağlı ilk hadisə Çinin Uxan şəhərində qeydə alınıb. İnfeksiyanın yayılma riski ilə əlaqədar hökumət sözügedən yaşayış məntəqəsinə giriş-çıxışı bağlayıb, sonra analoji tədbirlər daha 20 əyalətdə və şəhərdə görülüb.

Qeyd edək ki, çinli epidemioloqlar koronovirusun mənbəyinin Uxan şəhərində bazarda satılan çiy ətlər olduğunu aşkarlayıblar.

Xəbər 1627 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +