Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


09.10.2018  12:03 

Keçmiş nazir Azərbaycana qayıda bilmir - SƏBƏB





A+  A-

Türkiyədəki "American Hastanesi”ndə müalicəsini başa vuran eks-vergilər naziri Fazil Məmmədovun qardaş ölkədəki məşhur "Çırağan Palace”da istirahət etdiyi barədə bir müddət əvvəl xəbər vermişdik.
Türkiyədəki mənbə onun bir neçə ay oteldə qalacağını vurğulayırdı.
XəzərNews.az bildirir ki, Modern.az-ın F.Məmmədovla bağlı əldə etdiyi sonuncu məlumata görə, sabiq nazirin səhhəti tam olaraq, normallaşmadığından Azərbaycana qayıda bilmir.

Belə ki, eks-nazir uzun müddət müalicə almasına baxmayaraq, tez-tez hərarəti qalxır. Həkimlərsə onun daha bir kurs müalicə almasını tövsiyə edirlər...

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O "American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

Xəbər 1586 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +