Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


07.06.2023  10:19 

İctimai fəal ruhi-əsəb dispanserinə yerləşdirilib





A+  A-

Müqavimət Hərəkatı üzvü Ziyafət Abbasovadan bir sutkaya yaxındır xəbər almaq mümkün olmur.

Bu barədə yaxınları sosial şəbəkələr vasitəsilə məlumat veriblər.

Onlar Z. Abbasovanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını iddia edirlər.
“Ötən gün 11:30 radələrində Cəmil Həsənlinin kitab təqdimatına gedərkən yoxa çıxıb.

Ziyafət xanım mənə bildirmişdi ki, bu rejim onu dəlixanaya qoymaqla hədələyir”, - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Gülnarə Rəhimova bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, ictimai fəalın saxlanılması ilə bağlı yayılan iddialar əsassızdır:

“Z.Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir”.

Xəbər 1118 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +