Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


23.01.2020  10:45 

Bu ərazilərdə qaz olmayacaq





A+  A-

“Azəriqaz” İstehsalat Birliyi Bakı şəhəri və paytaxt ətrafında aparılan quruculuq və abadlıq işləri çərçivəsində tərtib olunan proqram əsasında qaz təchizatı şəbəkəsində müəyyən dəyişikliklər edir.
"Azəriqaz"dan XəzərNews.az-a verilən məlumata görə, bu gün Bakı-Sumqayıt yolunun sol tərəfində “Ekologiya” postu kimi tanıdığımız Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yaxınlığında yolun genişləndirilməsi ilə bağlı diametri 273 mm olan mövcud orta təzyiqli qaz xətti təhlükəsiz əraziyə köçürüləcək.

Bu işin icrası zamanı yanvarın 23-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu, Xırdalan kəndi, “Mexkalon” yaşayış massivində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. İşlər tamamlanan kimi qaz təchizatının tez bir zamanda bərpası təmin ediləcək.

Xəbər 1547 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +