Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


02.12.2017  20:25 

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı





A+  A-

Gürcüstanda Tercola bələdiyyəsinin Broliskedi kəndində cinayətkar qruplaşmanın iki üzvü saxlanılıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, həmin şəxslər 1988 və 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır.

İstintaqla müəyyən olunub ki, hər iki şəxsin olduğu beş nəfərlik qruplaşma dekabrın 1-də Tbilisidən Batumi istiqamətində maşınla gedən iki vətəndaşa odlu silahla hücum ediblər.

Cinayətkar qruplaşmanın üzvləri vətəndaşlardan 140 min dollar, mobil telefonlar və şəxsi əşyaları hədə-qorxu gələrək alıblar. Hadisədən sonra cinayətkarlar hadisə yerindən qaçıblar.

Gürcüstan DİN soyğunçuları “isti izlər”lə tapıb. Polis onlardan oğurlanmış pulun bir hissəsini müsadirə edib. DİN cinayətkar qruplaşmanın bütün üzvlərinin şəxsiyyətini müəyyən edib. Qruplaşmanın üzvləri aasında 2 “qanuni oğru” olmaqla üç Gürcüstan vətəndaşı da var. DİN qruplaşmanın bütün üzvlərinin saxlanılması istiqamətində tədbirlər həyata keçirir.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.



Xəbər 1411 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +