Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


01.04.2020  11:56 

Azərbaycanın builki dövlət büdcəsinə yenidən baxılacaq





A+  A-

“2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməlidir. Çünki dünən də dövlət başçısı İqtisadiyyat nazirini qəbul edəndə bu məsələyə toxunaraq bildirdi ki, büdcənin xərclər hissəsinə baxmaq lazımdır”.
XəzərNews.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, hazırkı şəraitdə dövlət büdcəsindən kifayət qədər vəsaitlər ayrılır: “Bu vəsaitlərin hamısı dövlət büdcəsindən ayrılacaq. Çünki Prezidentin o qədər Ehtiyat Fondu yoxdur. Ona görə də dövlət büdcəsinin xərc hissəsinə yenidən baxılacaq. Bununla bağlı Milli Məclisə sənəd yəqin ki, daxil olacaq. Ola bilsin ki, onlayn iclasda baxılsın”.

Neftin hazırkı qiymətinə də toxunan V. Əhmədov qeyd edib ki, qiymət çox kəskin şəkildə aşağı düşüb: “Bu, dünya iqtisadiyyatına çox böyük təsir göstərir. Neft idxal edən ölkələr üçün müsbət haldır. Ancaq neft ixrac edən ölkə olaraq bizim gəlirlərimizə mənfi təsir edir. Bu həm də gələcəkdə müəyyən qədər manata təzyiq də göstərə bilər. Amma hazırda kifayət qədər ehtiyat var. Ondan istifadə ediləcək. Yəqin dövlət büdcəsinə baxılanda bu məsələlər müzakirə ediləcək.

İndiki koronavirus dövründə devalvasiya olacağına inanmıram. Müəyyən qədər manatı qoruyub saxlamaq lazımdır. Onsuz da dövlət büdcəsindən vəsait ayrılır və cənab Prezident də göstəriş verdi ki, bu həftə ərzində ödəmələr getsin. Amma gələcəkdə problem çox uzun davam edərsə, əlbəttə, bu, ola bilər”.

Xəbər 2024 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +