Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


10.06.2019  09:37 

Anar Hüsniyəni təhqir etdi





A+  A-

Tanınmış aparıcı Hüsniyə Məhərrəmovanın instaqramda yazdığı status qalmaqala səbəb olub.
XəzərNews.az-ın məlumatına görə, ötən gün o, stilist Elnur Həsənovu sosial şəbəkədə ad günü münasibəti ilə təbrik edib. Hüsniyə qeyd edib ki, Elnurun insanlığına heyrandır:

“Yaxşı peşəkar olmaq, məşhurlaşmaq, milyonlarla izləyici, fanat yığmaq olar, amma adam olmadınsa, heç nə, apar tulla! Eluru ona görə hamıdan çox istəyirəm ki, adam kimi adamdır”.

Məhərrəmovanın sözügedən postu məşhur stilist Anar Ağakişiyevin qıcığına səbəb olub. O, aparıcının küsülü həmkarı barədə yazdıqlarına instaqram hesabında münasibət bildirib. Anar Hüsniyənin üzüə donuz və qeyri-etik “smile” qoyaraq təhqir edib. Anar aparıcını paxıllıqda ittiham edib:

“Tanrıma min şükür! Bu yaşımda mənə şan-şöhrət yaşadır. İstər cəmiyyətdə olan hörmətim, istərsə də ailəmdən aldığım tərbiyə hamıya bəllidir. Tanrım, həyatda arzuladığım hər şeyi mənə yaşadırsan.

Ən əsas da ətrafımda olan 70 sifətli, dediyi sözləri danan, tülkü tərzli, kompleksli, uğursuz, onun-bunun arxasıyla danışan, dediklərini danan, etibarsız, sözü üzə deməyi bacarmayan insanları ətrafımdan yığışdırırsan. Hər kəs kimin nə olduğunu gözəl bilir. Şükür ki, bu insanın dar günündə mənim qapıdı döydülər. Halal xoşunuz olsun. Paxıllığımı çəkənin çox olduğunu bilirdim, amma bu qədər olduğunu təxmin etmirdim. Dürüst olun”.

Xəbər 1680 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +