200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


24.02.2020  17:12 

Məntəqələr ləğv olunsa da, nəticə dəyişmədi





A+  A-

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.
XəzərNews.az xəbər verir ki, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

Şikayətçi namizəd Anar Əsədli müraciətində səsvermə günü seçki məntəqələrində müxtəlif seçki pozuntularına yol verildiyini qeyd edib. O dairənin nəticələrinin ləğv edilməsini istəyib. Araşdırma zamanı təqdim edilmiş 1 ədəd diskə və 2 ədəd protokola baxış keçirilib. MSK-nın araşdırması zamanı müəyyən olunub ki, təqdim olunan 2 protokolda ciddi fərqlər müşahidə olunur. Ona görə də dairənin 48 və 50 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib.

Qeyd edək ki, bundan əvvəl də həmin dairənin 11 məntəqəsi ləğv edilmişdi. Bildirək ki, həmin dairədə lider namizəd İmamverdi İsmayılovdur. MSK sədri Məzahir Pənahov bildirib ki, əgər DSK bu protokolları nəzərə almayıbsa, deməli, o dairə seçki komissiyası tərəfindən cəzalandırılmalıdır: “Biz bu barədə ölçü götürəcəyik”.

Şikayətçi A. Əsədli bildirib ki, araşdırmaya 31 məntəqədən videogörüntü təqdim edilib: “Bizim təqdim etdiyimiz məntəqələrdən yalnız 5-i ləğv edilib. Bundan əlavə, biz 59 məntəqədən cəmi 8 protokol almışıq”.

Xəbər 2421 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +